Dünya 19:23 10.02.2019

Komada olarkən təcavüz nəticəsində uşaq doğan qadının olduğu xəstəxana bağlanır

ABŞ-ın Arizona ştatında 10 ildir komada olan qadının təcavüzə məruz qaldıqdan sonra uşaq dünyaya gətirdiyi Hacienda HealthCare Xəstəxanası bağlanır.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə xəstəxana açıqlama yayıb. Açıqlamada bildirilir ki, təcavüz baş verdikdən sonra xəstəxanabağlanma qərarı alıb və hazırda burada müalicə alan 37 xəstə də başqa xəstəxanaya köçürüləcək.

Qeyd edək ki, sözügedən xəstəxanada boğulduqdan sonra komaya girən və 10 ildir komada olan qadın həkimlərdən biri tərəfindən təcavüzə məruz qaldıqdan sonra uşaq dünyaya gətirmişdi. Hadisədən sonra xəstəxananın keçmiş işçisi Nathan Suzerland adlı həkimə qarşı cinayət işi açılmışdı.