Texnologiya 22:21 06.10.2018

Kompüter asılılığının nəticələri (ARAŞDIRMA)

Türkiyədə aparılan tədqiqat kompüter asılılığı cinsiyyət, iqtisadi vəziyyət, akademik müvəffəqiyyət, valideyn münasibəti, sinif səviyyəsi, kompüter oyunu oynama müddəti kimi amillərlə birlikdə araşdırılıb.

Qaynarinfo azedu.az-a istinadən xəbər verir verir ki, İstanbulda 395 orta məktəb şagirdləri ilə görüş keçirilib. 218 qız, 177  oğlan olmaqla V sinifdən 187, VIII sinifdən 208 məktəblinin iştirak etdiyi tədqiqatda, kompüter bağlılığı ilə bəzi şeylər müəyyənləşdirilib.

Oğlanlar qızlardan, VIII siniflər beşincilərdən kompüterdən daha çox asılıdır.

Qiymət ortalaması 70-84.9 olanlar,  85-100 olanlara görə kompüterdən daha çox istifadə edirlər.

Kompüterdən istifadə və oyun oynama müddəti çoxaldıqca asılılıq səviyyəsi də artır.

Kompüter asılılığı artdıqca, depressiya və qorxu səviyyəsi  də yüksəlir.

Professor Mehmet Engin Dəniz kompüter asılılığı ilə bağlı şagirdlərə məlumatlandırma seminarları təşkil olunacağını bildirib. Onun sözlərinə görə, məktəb psixoloqları bu məsələdə müəllimləri məlumatlandırmalıdırlar:

"İnformasiya texnologiyaları dərsində şagirdlərə kompüterin doğru istifadəsilə bağlı təlimat verilməlidir. Valideynlərə kompüter başında  çox vaxt keçirilən zamanın, zərərli proqram və saytların, uşaqların sosial media hesablarının nəzarəti kimi təlimlər keçirilə bilər. Hədiyyə olaraq verilən kompüter asılılığa yol aça bilər".