Futbol üzrə Konfederasiyalar Kuboku Braziliyida iğtişaşlarla müşayiət edilən etiraz aksiyaları səbəbindən dayandırıla bilər.
Məlumata görə, kubokda iştirak edən İtaliya yığması təhlükəsizlik səbəbindən təcili olaraq Braziliyanı tərk edərək ölkəyə qayıtmağı nəzərdən keçirir.
Dünən etirazçılar FIFA üzvlərinin olduğu iki mikroavtobusu daşlayıblar. Bundan başqa, FIFA nümayəndələrinin olduğu hotelə hücum olub.
Lakin FIFA yarışı yarımçıq dayandırmaq niyyətində deyil.
FIFA nümayəndəsi Deliya Fişer deyib: "Biz Braziliya hakimiyyətinə güvənirik və əminik ki, problemlər həll olunacaq".
Qaynar.info
Şərhlər