Sağlamlıq 22:47 27.01.2020

Koronavirus Türkiyəyə də çatdı: 12 nəfərin yoluxma təhlükəsi var

Türkiyənin Aksaray şəhərində 9-u çinli, 3-ü türk olmaqla 12 nəfər koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilib.
 
Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, xəstələrdə baş gicəllənməsi, bulantı və qusma əlamətləri görülüb. 9 Çin vətəndaşının təxminən 5 gün əvvəl Türkiyəyə gəldikləri məlum olub.

Səhiyyə Nazirliyi 12 xəstəni nəzarətdə saxladığını açıqlayıb. Xəstəxana işçilərinə qoruyucu maskalar paylanıb. Hazırda analizlər aparılır.