Sağlamlıq 20:45 28.01.2020

Koronavirusun yayılmasının pik həddi nə vaxt olacaq?

Çində koronavirusun yayılmasının pik həddi 7-10 gündən sonra baş verəcək.

Çinin Səhiyyə Komitəsi bu barədə xəbər yayıb.

Son məlumatlara görə, hazırda dünyada koronavirusla bağlı 4.474 diaqnoz təsdiqlənib, 107 xəstə ölüb, 63 nəfər sağalıb.

Həmçinin, Taylandda (8), Avstraliyada (5), Sinqapurda (5), Tayvanda (5), ABŞ-da (5), Yaponiyada (4), Malayziyada (4), Cənubi Koreyada (4), Fransada (3), Vyetnamda (2), Kambocada, Kanadada, Almaniyada, Kot d'İvuarda, Nepalda, Şri-Lankada (hər birində bir xəstə) yoluxma halları qeydə alınıb. (oxu.az)