Dünya 16:08 18.02.2018

Korrupsiyada adı hallanan Netanyahu İranı hədələdi

İsrailin baş naziri Benyamin Netanyahu Münhen Təhlükəsizlik Konfransında İran əleyhinə sərt bəyanat səsləndirib.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, Netanyahu əlində İrana aid olduğunu iddia etdiyi pilotsuz təyyarənin qalığını tutaraq "İsrail boynuna terror ipinin keçirilməsinə icazə verməyəcək. Mövqeyimizdə qərarlı olmağımız məsələsində bizi sınamayın" deyərək lazım gəlsə, təkcə İranın dəstək verdiyi qrupları yox, İranı da hədəf ala biləcəklərini vurğulayıb. Baş nazir İranı "dünyaya ən böyük təhlükə" adlandırıb.

Qeyd edək ki, Benyamin Netanyahuya qarşı İsraildə korrupsiya və rüşvətxorluq ittihamları irəli sürülür. Məsələ ilə bağlı yeni istintaq prosesinə start verilib və baş nazirə yaxın hesab edilən bəzi şübhəlilər həbs edilib. 

Ötən günlərdə İsrail polisi Netanyahuya qarşı irəli sürülən ittihamların sübutu olduğunu demişdi.

Gülşən