İdman 16:53 17.11.2018

Kosovo - Azərbaycan oyununun hakimləri açıqlandı

Azərbaycan millisinin UEFA Millətlər Liqasının qrup mərhələsinin sonuncu - VI turunda Kosovo ilə səfər matçı üçün təyinalar açıqlanıb.

Qaynarinfo xəbər verir ki, UEFA qarşılaşmanı fransalı hakimlər briqadasına tapşırıb.

Matçı Benua Miyo idarə edəcək. Ona Medi RamuniBertran Juannu yardımçı olacaq. Dördünücü hakim funksiyasını Benjamen Pajes yerinə yetirəcək.

Frank Şnayderlə Kərim Abed əlavə köməkçi olacaq. Hakimlərin işinə rusiyalı hakim-inspektor Aleksandr Qvardis qiymət verəcək. İtaliyalı Antonio Talariko isə UEFA nümayəndəsi vəzifəsini icra edəcək.

Qeyd edək ki, noyabrın 20-də Priştinada "Fadil Vokkri” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23.45-də başlayacaq. Azərbaycan millisi bu gün V tur çərçivəsində Farer adaları kollektivini qəbul edəcək.