Dünya 20:20 23.01.2020

Kraliça “Brexit” sazişini təsdiqlədi

Böyük Britaniya kraliçası II Yelizaveta "Brexit” sazişini təsdiqləyib.

Qaynarinfo xəbər verir ki, bununla krallığın yanvarın 31-də Avropa İttifaqını tərk etməsi üçün bütün əngəllər aradan qalxıb.
 
Bundan sonra Brüssel tərəfindən sazişin rəsmiləşdirilməsi üçün daha bir neçə addım atılmalıdır.