Dünya 13:02 29.01.2020

Kravçukdan şok iddia: “Müharibəyə səbəb Hitlerlə Stalinin isti görüşü olub”

Ukraynanın ilk prezidenti Polşanın Auşvits-Birkenau konsentrasiya düşərgəsinin azad edilməsinə həsr olunmuş tədbirlərdə İkinci Dünya müharibəsinin başlamasında SSRİ-nin də məsuliyyət daşıması barədə qalmaqallı açıqlamasından sonra gənc varisi Zelenskini dəstəkləmək qərarına gəlib.

Qaynarinfo Rossiya 1-ə istinadla xəbər verir ki, müstəqil Ukraynanın ilk prezidenti Leonid Kravçuk Sovet İttifaqının İkinci Dünya Müharibəsini dəstəklədiyini iddia etdikdən sonra tənqid olunan hazırkı Ukrayna liderinə dəstək verib.

Canlı efirdə danışan siyasətçi müharibənin başlamasının, həqiqətən, Almaniya və SSRİ liderləri Adolf Hitler və İosif Stalinin görüşünün nəticəsi olduğunu bildirib. Kravçuk onların danışıqlarının İkinci Dünya Müharibəsi başlamazdan bir qədər əvvəl Lvovda baş tutduğunu iddia edib.

"Prezident Zelenski müharibənin SSRİ ilə Almaniya arasında Hitler və Stalinin Lvovda imzaladığı müqavilənin nəticəsi olduğunu dilə gətirib. Bu sənəd ... sirr deyil ... Stalin onu dayandırmaq əvəzinə Hitlerin əlini sıxdı. Və sonra Hitler hər şeyi Sovet İttifaqına qarşı çevirdi. Ölkəmizin xalqları əziyyət çəkdi”, - Kravçuk qeyd edib.
 
Alpər