Dünya 12:01 23.10.2019

Kremldən şok açıqlama: “Əsk halda türk ordusu PKK-nın üstündən keçəcək...”

"YPG/PKK terrorçuları Suriya sərhədindən çəkilməyəcəyi təqdirdə Türkiyə ordusu "onları əzib üstlərindən keçəcək”.

Qaynarinfo KP.ru-ya istinadla xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında Türkiyə ilə Rusiya arasında əldə olunan razılaşmanı şərh edərkən deyib.

ABŞ-ın son illərdə YPG/PKK terror təşkilatlarının ən yaxın müttəfiqi olduğunu deyən Peskov əlavə edib:

"Ancaq nəticədə ABŞ əlini onların üstündən çəkdi və belə demək olarsa, xəyanət etdi. İndi onları sərhəddə buraxıb türklərlə vuruşdurmağı üstün tuturlar”.

Peskov Soçi razılaşması çərçivəsində YPG/PKK-nın sərhəddən çəkilməsi lazım olduğunu vurğulayaraq deyib:

"Əgər nəzərdə tutulan ərazilərdən çıxamasalar, Suriya sərhəd təhlükəsizliyi qüvvələri və Rusiya hərbi polisi də çəkilmək məcburiyyətində qalacaq. Rusiya ilə Türkiyə arasında əldə olunan razılaşmaya görə, geri çəkilməyəcəkləri halda da Türk ordusu onları əzib üstlərindən keçəcək”.

Alpər