Dünya 17:16 16.12.2019

Kremlə görə, Poroşenko və Zelenskinin fərqi budur

Kremlin sözçüsü Dmitri Peskov Ukraynanın Minsk razılaşmaları çərçivəsində öhdəliklərini yerinə yetirməli olduğunu deyib. 

Qaynarinfo kp.ru-ya istinadla xəbər verir ki, Peskova görə, Rusiya Federasiyasının hazırkı Kiyev hakimiyyəti məsələsində ən vacib hesab etdiyi məsələ budur.

Bununla yanaşı, Peskov qeyd edib ki, Ukraynanın iki prezidenti arasında yanaşmalarda fərq var. Söhbət indiki lider Vladimir Zelenski və sələfi Petro Poroşenkonun fəaliyyətindən gedir.

"Bir prezident müharibəyə başladı, yeni prezidentinsə seçkiqabağı təşviqat vədlərinin əsasını müharibənin başa çatdırılması təşkil edir", - Vladimir Putinin mətbuat katibi qeyd edib.

Alpər