Dünya 16:32 14.07.2017

Körfəz ölkələrindən Qətərə ciddi güzəşt

Birləşmiş Ərəb Əmirliyi Qətərə "Al Jazeera" kanalının bağlanması barədə irəli sürdükləri tələbi geri götürdüklərini açıqlayıb.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, BƏƏ-li nazir Noura Əl Kaabi bu barədə açıqlama verib və bildirib ki, diplomatik həll yolunun tərəfdarıdırlar və bu səbəbdən "Al Jazeera"nın bağlanmasını yox, kanal daxilində ciddi islahatları tələb edirlər. 

Bu tələbə münasibət bildirən kanal rəsmiləri mətbuatın işinə dair kənar müdaxiləni rədd etdiklərini deyib.

Qeyd edək ki, iyunun əvvəlindən davam edən körfəz böhranında ərəb ölkələri Qətəri terrorizmə dəstək verməkdə ittiham edir və bir sıra tələblər irəli sürür. Tələblərdə "Al Jazeera" media orqanının bağlanması da var, lakin hələlik heç bir razılaşma əldə edilməyib.

Gülşən

Qaynarinfo.Az