Dünya 18:20 03.03.2014

Krım Rusiyaya birləşdirilir? - Dumada müzakirə

Rusiya Dövlət Dumasında Krımın Rusiyaya birləşdirilməsini nəzərdə tutan qanun layihəsi qeydiyyatdan keçib.

APA-nın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, sənəd xarici ölkə ərazisində keçirilən referendumun nəticələrinə əsasən ərazi subyektinin Rusiyaya birləşməsini nəzərdə tutur.

Burada şərt kimi həmin subyektin hakimiyyət strukturlarının Rusiyaya müraciəti və bu müraciətə müsbət cavab verilməsi göstərilir.

Müvafiq qanun layihəsini müzakirəyə çıxaranlar arasında Sergey Mironovun adı var. 

Qaynar.info