Xəbər lenti

Kriminal aləm qarışır: Lənkəranskinin intiqamını kim alacaq?
Ölkə 15:28 10.01.2018

Kriminal aləm qarışır: Lənkəranskinin intiqamını kim alacaq?

İstanbul məhkəməsi Namiq Canıyev və bir neçə kriminal avtoriteti azadlığa buraxıb.

A24.az-ın "Crimitimeru”ya istinadən verdiyi xəbərə görə, bir digər maraqlı məlumat isə ondan ibarətdir ki, Namiq Canıyev kriminal avtoritetə qarşı sui-qəsddə iştirak etməyib. Səlifovla haqq-hesab çəkmək arzusunda isə çeçen kriminal avtoritet Şeyx Həmzət ləqəbli Həmzət Kastemirov olub. Bir digər məlumata görə isə, Namiq Canıyev İstanbula bir sıra maliyyə məsələlərini yoluna qoymaq üçün yollanıb. Rövşən Lənkəranskinin qardaşı Namiq Canıyev qardaşından fərqli olaraq kriminal aləmdən uzaq dursa da o bu səfəri zamanı Rövşən Lənkəranskinin yaxın dostları sayılan Hacı Beylaqanski və Həmzər Kastemirovla da görüşüb.

Bu görüşün təfərrüatları məlum olmasa da iddialara görə, Namiq Canıyevə Şeyx Həmzət bu dəfəki görüşdə qardaşının intiqamını almaq sözünü verib.

Hətta çeçen əsilli kriminal avtoritet türk və çeçen mafiozları da bir araya toplayıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->