Dünya 14:04 18.04.2018

Kripto valyuta milyarderi dünyasını dəyişdi

Sərvətini kripto pul vahidi ilə qazanan amerikalı milyarder Metyu Mellon dünyasını dəyişib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, 2 milyon dollar investisiya ilə 1 milyard dollar qazanan 544 yaşlı Mellon narkoloji dispanserdə dünyasını dəyişib.

Metyu Mellonun 2016-cı ildə "OxyContin" adlı narkotik maddə istifadə etməsi və ayda 100 min dollar pul xərcləməsi barədə xəbərlər yayılmışdı.

Gülşən