Ekonomiks 19:28 03.04.2018

Kriptovalyutalar bankları təhdid edir?

Bankların kriptovalyutalarla əlaqəsinin yaxşı olmadığını bilirik. Hətta kriptovalyutaların banklardan daha sərfəli olması bu problemin ən böyük səbəblərindən biridir. Görəsən kriptovalyutalar bankları təhdid edir?

Coinshedule.com-un həmtəsisçisi və icraçı direktoru Ales Builao bankların kriptovalyutaların gələcəyi haqda narahat olmaları üçün bir səbəbin olmadığını düşünür. Bəzi iqtisadçılar Bitcoin-in bank sektoruna ağır zərbə vuracağını düşünürlər. Ancaq bəziləri də "Windows” və "Linux” kimi ikisinin bir arada yollarına davam edə billəcəyi ilə razılaşırlar. Hazırda bankları həyatımızdan uzaqlaşdırmaq çox erkəndir. Kriptovalyutalarla ödəmə qəbul edən platformaların sayının gündən-günə artsa da, hələ də banklar qədər kütləvi deyil.

Bəzi mütəxəssislər kriptovalyutalara üstünlük verərək investisiya qoymağın tərəfdarıdır, bəziləri isə rəqəmsal dövrü bank sektoruna təhdid kimi qiymətləndirir. "Uphold”-un biznes inkişaf direktor müavini Kolin Lyus:

"Kriptovalyutalar maliyyə qurumları üçün ciddi bir təhlükə yaradır, çünki hazırda ödəniş sistemləri aşağı əməliyyat ödənişləri və beynəlxalq əməliyyatları asanlıqla reallaşdırmaq üçün ənənəvi sistemdən istifadəni maraqsızlaşdırır”.

Banklar bu yeni texnologiyanı əvvəlcədən aradan qaldırmağa çalışırlar. Bunun mümkünsüzlüyünü anlayıb indi də bəzi texnoloji təhlükələrlə krirptovalyutalara zərbə vurmaq istəyirlər. Builao verdiyi açıqlamalarda təhlükənin yalnız banklar deyil, kredit təşkilatlarını da əhatə etdiyini vurğulayıb:

"Əgər təhdidlərin ölçülərinə kredit kartı platformalarından baxsanız, kredit kartı şirkətləri yalnız bir vasitədir, olmayan pulu xərcləməyiniz üçün sizdən haqq alırlar. Kriptovalyutalarla buna ehtiyac yoxdur”.

"CO-OP” ödəniş xidmətləri maliyyə direktoru Ceff Foulk da oxşar fikirlər səsləndirib:

"Kriptovalyutaların maliyyə qurumlarını təhdid etməsi ilə bağlı əmin deyiləm, ancaq "Visa” ve "Mastercard”-ın FED kimi mərkəzi qurumlara meydan oxuduğu dəqiqdir”.

Maliyyə təşkilatlarından fərqli olaraq, kriptovalyutalar bankları təhdid hesab etmirlər. Çünki bankların fayda verməklə bağlı heç vaxt onlardan yaxşı ola biləcəyinə inanmırlar. (Kripto.az)