İdman 11:34 14.08.2017

Kriştiano Ronaldoya 12 oyunluq cəza...

"Real"ın ulduz futbolçusu Kriştiano Ronaldo 12 oyunluq diskvalifikasiya oluna bilər. 

"Qaynarinfo" fanat.az-a istinadən xəbər verir ki, buna səbəb onun İspaniya Super Kubokunun "Barselona" ilə oyununda baş hakim Rikardo de Burqos Benqoçeanı itələməsi olub.

80-cı dəqiqədə qol vuran və sarı vərəqə alan Ronaldo iki dəqiqə sonra yenidən sarı vərəqə görərək meydandan qovulub. Qırmızı vərəqəyə etiraz edən Ronaldo bu zaman hakimi itələyib. Bu barədə referi oyunun protokolunda qeyd edib.

İspaniya Futbol Federasiyasının qaydalarına əsasən bu hərəkətə yol verən futbolçular 4-12 oyun cəzalandırılır. Ronaldoya 4 oyun cəza versələr, bu yalnız Super Kubok matçlarına aid olacaq. Portuqaliyalı 5 oyundan artıq cəza alacağı halda bu İspaniya Futbol Federasiyasının bayrağı altında keçirilən bütün yarışlara şamil ediləcək.

Qaynarinfo.Az