Ötən gün dünya ulduzu Kristina Aqilera Bakıda konsert verib.
 
Qaynarinfo qafqazinfo-ya istinadən xəbər verir ki, 6 "Grammy” mükafatçısı "Formula 1” çərçivəsində "Baku Crystal Hall” təşkil olunan gecədə səhnəyə çıxıb. 

O, azərbaycanlı pərəstişkarları üçün həm öz, həm də Britney Spears, Beyonce kimi dunya ulduzlarının mahnılarını səsləndirib. 

Sonra səhnəyə məşhur DJ qrupu "Axwell Λ Ingrosso” çıxıb. İsveçin ən məşhur elektronik rəqs musiqisinin sevilən nümayəndələrindən olan DJ-lər Axwell və Ingrosso Formula 1 Azərbaycan Qran-Prisinin ikinci günündə tamaşaçılara əyləncəli gecə təqdim ediblər.