Ölkə 12:10 28.01.2013

Körpələrə çox verilən adlar (SİYAHI)

Bu ilin ilk ayı ərzində Azərbaycanda yeni doğulmuş körpələrə ən çox verilən adların siyahısı açıqlanıb.

Ədliyyə Nazirliyindən verilən məlumata görə, yanvar ayı ərzində doğulan oğlan uşaqlarına ən çox Əli adı qoyulub. Belə ki, oğlan uşaqlarından 30-na Əli adı verilib. Sonrakı yerlərdə isə Hüseyn (26), Məhəmməd (26), Yusif (25), Ayxan (22), Ömər (18), Murad (17), Rəsul (10) və digər adlar gəlir.

Bu ay ərzində doğulan qız uşaqlarına isə ən çox Zəhra adı verilib. Belə ki, yeni doğulmuş 34 qız uşağına Zəhra adı qoyulub. Sonrakı yerləri isə Fatimə (31), Aylin (23), Ayan (21), Nuray (21) və Xədicə (21) adları tutub.

APA