Dünya 12:08 27.07.2013

Körpəni betona çırpıb öldürdü - VİDEO


Cinayəti törədən şəxs hadisə yerindən qaçıb


Çində dəhşətli hadisə baş verib. Hadisə avtomobilini avtobus dayanacağında saxlamaq istəyən sürücü ilə burada körpəsi ilə avtobus gözləyən qadın arasında yaranmış mübahisə zəminində baş verib. Məlumata görə, mübahisə vaxtı qəfildən maşından düşən 44 yaşlı sürücü qadının körpə arabasında olan 2 yaşlı qızını götürüb yerə çırpıb. Başından ağır xəsarət alaraq xəstəxanaya çatdırılan körpənin həyatını xilas etmək mümkün olmayıb.

Avtomobilə minərək hadisə yerindən qaçan sürücünü isə 18 saatdan sonra yaxalamaq mümkün olub. Qarətə görə, axtarışda olan şəxs barəsində qəsdən adam öldürmək maddəsi ilə cinayət işi açılıb.


Qaynar.info