Xəbər lenti

İdman 19:50 21.07.2018

"Kukesi" - "Qarabağ" matçının hakimləri açıqlandı

"Qarabağ"ın Çempionlar Liqasının II təsnifat mərhələsində Albaniyanın "Kukesi" klubu ilə keçirəcəyi ilk görüşün hakimləri açıqlanıb.

Qaynarinfo xəbər verir ki, UEFA qarşılaşmanı norveçli hakimlər briqadasına tapşırıb.

Görüşün baş hakimi Hobber Nilsen olacaq. Ona Harald QronevikOskar İsaksen yardı edəcək. Dördüncü hakim funksiyasını Erik Steen yerinə yetirəcək.

Qeyd edək ki, iyulun 25-i Şkoder şəhərində yerləşən "Loro Boriçi” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlanacaq. Cavab qarşılaşması isə avqustun 1-i Tofiq Bəhrəmov adına Respublika stadionunda olacaq. Həmin matç da 21:00-da start götürəcək. 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->