Bu gün çayın aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunubBöyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 50-130, Kiçik Qafqazın çaylarında 70-110, Lənkəran-Astara bölgəsi çaylarında 40-100, Naxçıvan MR çaylarında isə 50 faizini təşkil edir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, oktyabrın 11-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 10 sm azalma müşahidə olunub.
Hazırda məntəqədə su sərfi 135 m3/s, ongünlük normanın 80 faizini təşkil edir. 2012-ci ildə bir qədər az olmaqla 123,0 m3/s və ongünlük normanın 73 faizini təşkil edib. Oktyabrın 11-də Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 5 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 145 m3/s olmaqla, ongünlük normanın 136 faizini təşkil edir. 2012-ci ildə bu göstərici bu il ilə müqayisədə üç dəfə az olmaqla 46,0 m3/s təşkil edib və ongünlük normanın 43 faizinə bərabər olub.
Bu gün Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 11, Şirvanda 17, Araz çayının Novruzlu məntəqəsində 19 sm artım, lakin Salyanda və Bankədə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda Surra məntəqəsində suyun səviyyəsi 361 sm, Şirvanda 219 sm, Salyanda 145 sm, Bankədə 197 sm, Araz çayının Novruzlu məntəqəsində isə 93 sm təşkil edir.
Qaynar.info
Şərhlər