Ölkə 17:00 15.06.2013

Kürdə qadının cəsədi tapıldı

Dünən Samuxda saat 15:00 radələrində ehtiyatsızlıqdan Kür çayına düşən 29 yaşlı qadının cəsədi tapılıb.

Samux rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, suda batan qadının meyiti batdığı yerdən təxminən 80 km aralıda, Samuxun Qarasaqqal deyilən ərazisində Kürün sahilində tapılıb.

Qeyd edək ki, dünən saat 15:00 radələrində Yevlax rayon sakini, Samuxun Ziyadlı kəndinə atası evinə qonaq gələn 29 yaşlı Kəmalə Hüseynova Samux rayonunun Yenikənd kəndi ərazisində ehtiyatsızlıqdan çaya düşərək batıb. Kəmalə Hüseynovanın 2 azyaşlı övladı var.

Faktla bağlı Samux rayon Polis Şöbəsində araşdırma aparılır.

Qaynar.info