Ölkə 20:43 14.05.2013

Kürdəmirə dolu yağdı

Dolu dənəciklərinin böyüklüyü 3-4 sm olub

Bu gün axşam saatlarında Kürdəmir rayonuna güclü dolu düşüb. Bu brədə ANS PRESS-ə rayon sakini Vasif Əhmədov məlumat verib. Onun sözlərinə görə, dolu yağışı təxminən 10 dəqiqə davam edib.

Onun özlrinə görə, dolu dənəcikilərinin diametri təxminən 3-4 sm olub. Ön şüşələrinin sınmasından ehtiyat edən sürücülər avtmobilləri yolun kənarın çəkərək saxlayıblar.

Dolu yağışı dayandıqdan sonra maşınlar yoluna davam ediblər. Vasif Əhmədovun sözlərinə görə, dolu şəxsi təərrüfata ziyan vurmayıb.

Qaynar.info