Video 20:27 18.11.2018

Kürdəmirli gənc dünya səviyyəli "repstar" olmaq istəyir (VİDEO)

Tez-tez danışır, sürətli rep deyir. Yaşıdlarından fərqlənən bu gənc görənlərin marağına səbəb olur...

Söhbət Kürdəmir sakini, 20 yaşlı Fərid Kamilovdan gedir. Sürətli rep deyən rayon sakini özünü dünya səviyyəsində tanıtmaq istəyir.

Əvvəlcə telefonda vaxtı ölçür, sonra isə 16 saniyəyə 108 söz işlədir. Kürdəmir sakini iddia edir ki, o, belə sürətlə rep deməklə dünya rekordunu qırır..

Fərid bildirir ki, əvvəlcə onun repdən heç xoşu gəlməyib. Dayısı onda bu sahəyə maraq oyadıb. Beləliklə o, internetdə sürətlə rep deyən adamlara qulaq asıb və özü də bu işlə məşgul olmaga başlayıb.

O, ilk olaraq 16 saniyəyə 95 söz, sonradan 101, ən son olaraq 106-108 kəlmə deməyə bacarıb. Gəncin iddiasına görə repi ondan sürətli deyən yoxdur...

Onun bu bacarığı yaxınlarının da diqqətini çəkib.Ona görə bu sahədə daha da inkişaf eləmək üçün ona dəstək olurlar. İndi 20 yaşlı Fəridin arzusu özünü dünya səviyyəsində tanıtmaqdır. (Xəzər TV)