Dünya 22:04 12.09.2017

Kürdüstan və Kataloniya referendumları ilə bağlı qərar verildi

İraq və İspaniya höküməti bu ölkələrdə keçiriləcək referendumlarla bağlı qərar verib. Sentyabrın 25-də İraq Kürdüstan Muxtariyyəti müstəqillik referendumu keçirəcək. Oktyabrın 1-də isə eyni tələblə Kataloniyada referendum baş tutacaq.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, 328 nəfərdən ibarət İraq parlamentində keçirilən səsvermədə 168 deputat iştirak edib və referendum qərarı rədd edilib.

Kürdüstan rəhbəri Məsud Bərzani bir neçə ay əvvəl referendumun 25 sentyabrda keçiriləcəyini və heç bir halda təxirə salınmayacağını demişdi. İraqın baş naziri Heydər Əl İbadi isə konstitusiyaya zidd olan referendumu tanımayacaqlarını açıqlayıb. 

İspaniyanın Konstitusiya Məhkəməsi isə Kataloniyaya müstəqillik hüququ verən qanunu ləğv edib. Məhkəmə ötən həftə də Kataloniyanın 1 oktyabrda keçirəcəyi referendum barədə qərarı ləğv etmişdi.

Gülşən

Qaynarinfo.Az