Sənət 14:50 30.04.2018

"Kurtlar Vadisi Pusu"nun yayımlanacağı tarix və kanal açıqlandı

Azərbaycanda da maraqla izlənilən "Kurtlar Vadisi Pusu" serialının yayımlanacağı tarix və kanal müəyyənləşib.

Qaynarinfo Türkiyə mediasına istinadən xəbər verir ki, serial sentyabr ayından yenidən efirə çıxacaq.

Bir müddət əvvəl serialın baş rol ifaçısı Necati Şaşmaz bəzi kanallarla danışıqlar apardıqlarını bildirmişdi. Artıq serialı yayımlayacaq kanal da bəllidi. Belə ki, "Kurtlar Vadisi Pusu" bu dəfə "Kanal D"də tamaşaçıların görüşünə gələcək.

Aydın