Ölkə 12:30 09.05.2013

Kütləvi dava: 4 nəfər bıçaqlandı

Hadisə ilə əlaqədar əməliyyat-axtarış tədbirləri keçirilir

Samuxda baş verən kütləvi davada 4 gənc bıçaqlanıb. Kəpəz TV xəbər verir ki, Samuxda gecə klublarının birində qanlı hadisə olub. Ötən gecə baş verən kütləvi dava nəticəsində 4 nəfər bıçaqlanıb. Xəsarət almış şəxslər, Goranboy rayon sakinləri - Sahil Abbasov, Məhərrəm Musayev və Ramil Musayev, eləcə də Naftalan sakini Elvin Muradov Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədənlərdən birinin kimliyi müəyyənləşdirilib və saxlanılıb. Həmin şəxs Gəncə sakini İlkin Hüseynovdur.

Cinayətin digər iştirakçılarının tutulub istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Qaynar.info