Ölkə 10:38 18.05.2013

Kvas satanlara qadağa

Onlara sertifikat və icazə verilməyəcək.

Havaların istiləşməsi küçələrdə açıq şəkildə satılan kvas bazarını canlandırır. Çənlərdə satılan kvasın gigiyenik tələblərə cavab vermədiyini nəzərə alan Gigiyena və Epidemiologiya Mərkəzi bu yay çənlərdə bu içki növünün satılmasına qadağa qoyub.

Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayevin sözlərinə görə, termik çənlərdə saxlanılan, satılan kvaslar üçün sertifikatlar verilməyəcək: "Baxmayaraq ki, bir neçə dəfə müraciət ediblər. Çünki, o çənlərdə saxlanılan kvaslar heç bir gigiyenik normalara cavab vermir. Sertifikat verilməsi üçün müvafiq icra hakimiyyəti strukturlarından icazə alınmalıdır, işçilərin geyimi gigiyenik normalara tələb verməlidir”. 

Qaynar.info