Sənət 17:50 08.02.2015

KVN-in yaradıcısı öldü

"Şən və Hazırcavablar Klubu"nun (KVN) yaradıcılarından biri olan Sergey Muratov ölüb. Anspress-in məlumatına görə, 83 yaşlı televiziya tənqidçisi uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. 

Son zamanlar o, ağır xəstəliklə mübarizə aparırdı. Sergey Muratov fevralın 7-dən 8-ə keçən gecə Moskvada vəfat edib. Onun 84 yaşının tamam olmasına 1 aydan da az vaxt qalmışdı.

Qeyd edək ki, Sergey Muratov 1961-ci ildə "Şən və hazırcavablar klubu"nun 3 yaradıcısından biri olub. O eyni zamanda Rusiyanın tanınmış televiziya tənqidçisi, kinoşünas, kino tənqidçisi və kinodramaturq idi. Moskva Dövlət Universitetinin dosentinin sözlərinə görə, Sergey Muratov son zamanlar televiziyanın cəmiyyətdə necə bir "div"ə çevrilməsi haqqında kitab üzərində işləyirdi.

Qaynar.info