Siyasət 11:33 28.03.2013

KXCP bəyanat yaydı

Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) İdarə Heyətinin növbəti  iclası keçirilib. 

Partiyadan Qaynar.info-ya daxil olan məlumata görə, İdarə Heyətinin iclasında - qərarların icra vəziyyəti, ölkədəki ictimai-siyasi durum və qarşıda duran vəzifələr müzakirə olunub. Müzakirə olunan məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib. Qərarların icrası ilə bağlı müzakirələr zamanı deyilənlər nəzərə alınıb. 

KXCP İH iclasında 31 Mart azərbaycanlıların soyqırımı günü ilə əlaqədar saat 10:30-da Bakıdaki Türk Şəhitliyini ziyarət etmək qərarlaşdırılıb.

İH iclasında KXCP-nin rayon/şəhər şöbələrinin  məclis yığıncaqlarının keçirilməsi ilə bağlı verilən məlumatlar dinlənilərək müvafiq qərarlar qəbul edilib.

KXCP İH – müvafiq dövlət qurumlarından öllkədəki problemlərin həlli üçün ciddi addımlar ataraq vətəndaşlar arasında yaranmış gərginliyi azaltmağı tələb edir, hakimiyyət strukturları tərəfindən yerli və beynəlxalq QHT-lərin sıxışdırılması kampaniyasını qətiyyətlə pisləyir və bu hərəkətlərə son verilməsini tələb edir. 

Qaynar.info