İdman 10:34 13.03.2013

ÇL: “Barselona” “Milan”ı darmadağın etdi (VİDEO)

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində "Barselona” öz meydanında "Milan”ı qəbul edib. Kataloniyalılar qonaqların qapısına dörd cavabsız qol vurublar. Lionel Messi dubla imza atıb, David Vilya və Hordi Alba isə hərəyə bir dəfə fərqləniblər.

Bu komandalar arasında ilk oyun "Milan”ın 2:0 hesablı qələbəsi ilə başa çatmışdı. Beləliklə, İtaliyada buraxılan qolların əvəzini ikiqat çıxan "Barselona” Çempionlar Liqasının ¼ final mərhələsinə yüksəlib. /ANS PRESS/