İdman 15:26 11.12.2017

ÇL-də erkən finallar, "Beşiktaş" "Alman tankı"na qarşı

Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkü atılıb. Qaynarinfo xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçirilən mərasimdə 16 komanda 8 cütlüyə bölünüb.
 
Bu mərhələdə qrup qalibləri ilə ikinci yer sahibləri görüşəcək. Eyni ölkə təmsilçiləri və eyni qrupdan çıxan komandalar üz-üzə gələ bilməyəcək.

Bu mərhələdə erkən final sayıla biləcək iki qarşılaşma baş tutacaq. Turnirin son iki mövsümünün qalibi və rekordçusu (12 dəfə) "Real" PSJ ilə üz-üzə gələcək. "Barselona" isə "Qarabağ"la eyni qrupda mübarizə aparmış "Çelsi"ni sınağa çəkəcək. "Qarabağ"la eyni qrupda mübarizə aparmış "Roma" isə "Şaxtyor"a rəqib olub.

Bu mövsüm Çempionlar Liqasında tarix yazan "Beşiktaş" çətin rəqiblə üzləşəcək. Belə ki, "Qara Qartallar" "Bavariya" ilə qarşılaşacaq.
 
Qeyd edək ki, 1/8 finalın ilk görüşləri 2018-ci il fevralın 13-14-də və 20-21-də, cavab matçları martın 6-7-də və 13-14-də baş tutacaq.
 
Çempionlar Liqas
1/8 final
 
Yuventus (İtaliya) - Tottenhem (İngiltərə)
Bazel (İsveçrə) - Mançester Siti (İngiltərə)
Portu (Portuqaliya) - Liverpul (İngiltərə)
Sevilya (İspaniya) - Mançester Yunayted (İngiltərə)
Real (İspaniya) - PSJ (Fransa)  
Şaxtyor (Ukrayna) - Roma (İtaliya)
Çelsi (İngiltərə) - Barselona (İspaniya)
Bavariya (Almaniya) - Beşiktaş (Türkiyə)