Foto 23:56 06.07.2019

Laboratoriya təcrübələrini göstərdi, “Miss Virciniya” seçildi (FOTOLAR)

ABŞ-da kimyaçı qız "Miss Virciniya” gözəllik müsabiqəsində ağ xalatla laboratoriya təcrübələrini nümayiş etdirərək Birləşmiş Ştatların bu ştatının ən gözəl xanımı titulunu qazanıb. 

Biokimya üzrə mütəxəssis olan Kamilla Şrayer bu qələbədən sonra "Miss Amerika” gözəllik müsabiqəsində iştirak etməyə hazırlaşır.

Gözəllik müsabiqəsinin qalibi jurnalistlərə müsabiqəsində bildirib ki, bu yarışmada qızların cansız maneken olmasını xatırladan stereotipləri qırmağa səy göstərib. O, gənc qızların həm gözəl bir zahiri görkəmə, həm də yüksək təhsilə malik olduğunu xatırlatmaq istədiyini söyləyib.

Kamilla müsabiqədə bütün ənənələri pozaraq hidrogen məhlulunun katalizatorda qarışmasını nümayiş etdirib. Bu, onun qələbə qazanmasında böyük rol oynayıb. Kamilla auditoriyanın onu heyranlıqla izləməsi ilə yanaşı, yarışın digər iştirakçılarının da onun bu təcrübəsinə maraq göstərdiklərini məmnunluqla qeyd edib. Diplomlu gözəl vurğulayıb ki, bundan sonra "Miss Amerika” müsabiqəsinin jürisi də qızların zahiri gözəlliyi ilə bərabər, onların bacarığına və təhsilinə də qiymət verəcək.

Kamilla Şrayer müsabiqənin qalibi kimi qazandığı 22 min dolları magistraturada təhsilinə xərcləyəcəyini bildirib. (AZƏRTAC)