Sağlamlıq 17:57 08.08.2018

Laboratoriyada yaradılan ağciyər donuzu 2 ay yaşatdı

Alimlər ilk dəfə laboratoriya şəraitində ağciyər istehsalında nailiyyət əldə edib.

Qaynarinfo Science News-a istinadən xəbər verir ki, donuza transplantansiya edilən ağciyər canlının bir neçə həftə yaşamasına səbəb olub. Daha əvvəlki cəhd uğursuzluqla nəticələnmiş, gəmiriciyə köçürülən orqan bir neçə saat ərzində fəaliyyətini dayandırmışdı. Orqanlar 4 donuza köçürülüb və onların 10 saat, 2 həftə, 1 ay və 2 ay yaşamalarına icazə verilib. Heç bir canlının orqanı fəaliyyətlərini özləri dayandırmayıb. 2 ay ərzində yaşayan donuzun ağciyərində, nəfəs alma prosesində problem olmayıb. 

Əgər laboratoriya şəraitində yaradılan ağciyərlər insanlara tətbiq edilsə, hər bir şəxsin öz toxumalarından orqan yaradılacaq və bu, çox sayda insanın həyatını xilas edəcək. Orqan 30 gün ərzində bioreaktor tankında yaradılır. Tədqiqatın növbəti mərhələsində pulmoner arteriyanın yaradılması nəzərdə tutulur.

Gülşən