Maqazin 15:52 29.03.2018

Lalə Azərtaş "ATV səhər"dən getdi

Aparıcı Lalə Azərtaş "ATV səhər” verilişindən gedib.

Qaynarinfo-nun axsam.az-a istinadən məlumatına görə, artıq bir neçə gündür ki, səhər saat 08:00-da başlayan proqramda o, yer almır.  

Onun yerinə isə verilişi əməkdar artist Əkbər Əlizadə ilə birlikdə Jalə Həsənli aparır.

Qeyd edək ki, L.Azərtaş 5 illik fasilədən sonra bu ilin yanvarından səhər efirinə qayıtmışdı. O, əvvəl proqramı tək aparsa da, sonradan Ə.Əlizadə ilə birlikdə efirə çıxıb.