Dünya 17:24 02.02.2013

Lavrov: "Suriyanın kimyəvi silahları nəzarətdədir"

Rusiya xarici işlər naziri Sergey Lavrov Suriyada olan kimyəvi silahların nəzarətdə olduğunu deyib.

Qaynar.info-nun məlumatına görə, Münhendə keçirilən Təhlükəsizlik Konfransında açıqlama verən Lavrov Suriyaya humanitar yardım dəhlizinin açılmasına və hərbi müdaxiləyə qarşı olduqlarını bildirib.

"Biz Suriya hökumətinin kimyəvi silahları nəzarətdə saxladığından və vəziyyətin təhlükəsiz olduğundan əminik" deyən Lavrov əsas təhlükənin üsyançı qruplardan bəzilərinin bu kimyəvi silahlara sahib olma ehtimalının olduğunu söyləyib.

Rusiyanın humanitar yardım dəhlizinin yaradılmasının əleyhinə olduğunu söyləyən Lavrov, "Humanitar dəhliz və müxalifətə daha çox yardım edilməsinin əleyhinəyik. Gücdən istifadə hər hansı bir yolla qəbul oluna bilməz. Liviya üçün Təhlükəsizlik Şurasında verilən qərarların necə həyata keçirildiyini xatırlayırıq" deyib. 

Qaynar.info