Ölkə 17:21 17.10.2013

Öldürülən polisin 10 yaşlı oğlu: “Atamı niyə öldürdülər?”

Qusarda silahlı basqın zamanı dünyasını dəyişən polis mayoru Qalib Quliyev dəfn olunub. 

Anspress-in məlumatına görə, mayor bu gün günorta saatlarında Qubanın rayon mərkəzindən 40 kilometr məsafədə yerləşən Çiçi kəndində dəfn olunub.

Dəfn mərasimində Daxili İşlər Nazirliyinin nümayəndələri, şimal rayonlarının hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, mərhumun iş yoldaşları və yerli sakinlər iştirak edib.

Qalib Quliyevin 10 yaşında Elvin və 12 yaşında Emin adlı iki oğlu var. Atasının ölümü barədə danışarkən hər iki övladı göz yaşlarını saxlaya bilməyib. “O mənim atam idi. Onu niyə öldürdülər? Allah onların cəzasını versin”. Mərhumun kiçik oğlu göz yaşları içində bunları deyib.

Qaynar.info