Ölkə 17:46 05.10.2017

Lənkəran-Lerik yolunda son vəziyyət

Bir-neçə gündür yağan aramsız yağışlar dağlıq və dağətəyi rayonlarda sel suları yaradıb və sürüşmə zonalarını aktivləşdirib.

"Qaynarinfo" "Azəravtoyol" ASC-nin saytına istinadən xəbər verir ki, Lerik rayonunda sel sularının yaranması və sürüşmənin aktivləşməsi nəticəsində Lənkəran-Lerik avtomobil yolunun bir-neçə nöqtəsində dağ yamaclarından yolun hərəkət hissəsinə qaya parçaları, palçıq və ağac tökülüb. Nəticədə avtonəqliyyat vasitələrinin hərəkətində problümlər yaranıb.

Əraziyə dərhal "Azəravtoyol" ASC-nin əməkdaşları və ağır texnikası cəlb olunub.

Qısa müddət ərzində yolun hərəkət hissəsi qaya, palçıq və aöac qalıqlarından təmizlənərək avtonəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub. Hazırda yol nəzarət altında saxlanılır.

Qaynarinfo.Az