Ölkə 11:36 13.03.2014

Lənkəran Miqrasiya Xidmətində nə baş verir? - ŞİKAYƏT

Dövlət Miqrasiya Xidmətinin Lənkəran şəhər şöbəsində qanunsuzluq və uğursuz kadr  siyasəti həyata keçirilir. 

Peşəkar  kadrlar  müxtəlif bəhanələrlə  işdən çıxarılır. Səriştəsiz  kadrlara  üstünlük verilir.  Lənkəran rayon sakini Qarabağ müharibəsi veteranı Fərid Qulamovun qulluq fəaliyyətinə xitam verilib və daimi qulluğa qəbul edilməyib. 

Bu barədə Qaynar.info-ya Fərid Qulamov özü məlumat verib. 

O bildirib ki, 3 il 8 ay həqqiqi hərbi xidçətdə olmuş və Azərbaycanın ərazi bütövlüyü suverenliyi və konstitusiya quruluşu ugrunda döyüşlərdə iştirak edib. İmtahanla miqrasiya orqanlarina qəbul olunub, ancaq bacarığı ilə çalışan bu şəxs şəxsi motivlərlə qanunsuz olaraq işdən azad olunub.

Fərid Qulamovun sözlərinə görə o, 12 il 5 ay Lənkəranın ucqar dağ kəndlərində tarix müəllimi işləyib. 2003-cü ildə Lənkəran Təhsil  şöbəsinin sabiq müdiri Səmədağa Abdullayev  işlədiyi  məktəbə qanunsuz olaraq yeni tarix müəllimi  təyin edir. Dərs  saatları kəsilən gənc müəllim iki məktəbdə işləməyə məcbur olur. Əmək  haqqından hər iki məktəbdə  qanunsuz  tutulmalara məruz qalır. Ailə vəziyyəti  ilə  bağlı  yaxın ərazilərə dəyişilmək  üçün  müraciət etsə də  tələb olunan rüşvəti vermədiyi üçün  istəyi reallaşmır. 

S.Abdullayevin Qanunsuz əməllərinə etirazı şöbə  müdirinin xoşuna gəlmir və ona qarşı təzyiqlərə başlanılır. Müəllim işləyərkən 2011-ci ildə test imtahanından  70 bal toplayaraq və müsahibədən  uğurla keçərək Lənkəran Regional Miqrasiya  İdarəsi  İmmiqrasiya nəzarəti şöbəsinə  inspektor vəzifəsinə 1 illik  stajçı təyin olunur. DMX rəhbərliyinin  göstərişi ilə öz ərizəsi ilə  müəllim vəzifəsindən azad olunur. Regionun coğrafiyası və insan resurslarına bələd olması,təcrübəsi  idarənin regionda tanınması və  nailiyyətlər qazanmasına səbəb olur.

2012-ci ilin  avqust ayında  qanunsuz əməllərinə görə  Lənkəran İH başçısının müavini vəzifəsindən azad olunan Səmədağa Abdullayev Lənkəran Regional Miqrasiya idarəsinə rəis müavini təyin olunur. İxtisasının uyğunsuzluğu, miqrasiya haqqında elementar təsəvvürün olmaması və parlaq olmayan keçmişi bu təyinatında nəzərə alınmayıb. 

S.Abdullayevin yeni təyinatında onun DSX Maddi Təhcizat idarəsi rəisinin 1-ci müavini Cavid Abdullayevin rolu əvəzsizdir. Barmaqla sayılacaq işçisi olan yeni rəis müavininə 33.000 manatlıq bahalı  "Mitsubişi Pajero" xidməti avtomobil verilir və xüsusi münasibət göstərilir. S.Abdullayev hazırda qanunsuz əməllərini burada da davam etdirir. İdarəyə gələn gündən F.Qulamov onun üçün arzuolunmaz çəxsə çevrilir. Telefon danışıqlarında, kollektiv  daxilində vəzifəsindən sui-istifadə edərək onu hədələyir. İdarədə olmadığı vaxtlarda onu gözdən salmağa çalışır. Hətta kabinetinə çağıraraq "qarşıdan attestasiya gələcək, xasiyyətnamə  yazılacaq, mənim bir sözüm sənin xidmətinin sonu ola bilər" deyə təhdid edir.6 ay əvvəl sınaq müddətinə keçmək ücün müsbət rəy verdiyi halda həmçinin, BMqT-nin tədbirində öz imzası ilə sertfikat verdikdən 6 gün sonra xidməti xasiyyətnamədə heç bir faktı aşkar etmədən" geyiminə bəzən ciddi fikir vermir,"rus sdilini zəif bilir" yazmış və qulluq funksiyasina aid olmayan fəaliyyəti yazmaqla qərəzli olaraq mənfi rəy yaradıb. Həmin xasiyyətnamə ilə tanış olunmadan Mərkəzi aparata gizli şəkildə göndərilib. Eyni zamanda adətinə uyğun olaraq onu gözdən salır. 

Şikayətçi bildirir ki, pərdəarxası oyunlarda S.Abdullayev boyuk təcrübəyə malikdir: "İntiriqa aparmaq, qisas almaq, həlledici məqamda badalaq vermək onun üslubudur. Əmək müqaviləsi bitdikdən 13 gün sora attestasiyya keçirilir. 18 iyulda keçirilən atestasiyaya müvəqqəti sədrlik  DMX rəis müavini,III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Elman Əliyevə tapşırılır. Bu vaxta qədər attestasiyanın nəticələrinə uyğun gəlməyən olmur.Formal keçirilən attestasiya qanunvericiliyin tələblərinə uyğun keçirilmir. İşçilərin gördüyü işlərlə maraqlanmaq əvəzinə sırf  hərbi rituallara---otaq şəraitində(?!) nizami addım, məruzə etmək, dabanları cütləmək önə çəkilir və nəzərə alınır. F.Qulamova qulluq funksiyasına aid olmayan qədim dövr Azərbaycan tarixi və Qədim dünya tarixindən suallar verilir. Attestasiya vərəqəsi tərtib olunmur və katib iştirak etmir. Həmçinin, attestasiya olunmaq üçün Bakı şəhərinə ezam olunur. Həmin  gün qulluq fəaliyyətinə xitam verilir. 4 nəfər heç bir əsas olmadan daimi qulluğa qəbul edilmir. Sonradan  1 ay sonra bir nəfər gizli formada işə bərpa olunur".

Qarabağ veterani deyir ki, ertəsi  gün  LRMİ rəis  müavini S.Abdullayev onun və digər yaşlı əməkdaş İ.Abdullazadənin  attestasiyadan keçmədiyini bildirir. F.Qulamovun etirazını görən S.Abdullayev  "Xidmət rəisinə yaz başqa regionda işləməyə hazıram"  təklifindən  imtina etdiyindən  yenidən  "canıyananlıq" göstərərək "sən işsiz qalmayacaqsan danışmışam, məktəbdə müəllim işləyəcəksən " deyir: "DMX Kadrlar idarəsindən gələn zəng ilə bildiriş, əmrin surəti verilmədən vəsiqələrimizi təhvil aldılar".

Vətəndaş iddia edir ki, dəfələrlə DMX rəis F.Nəbiyevin qəbuluna düşmək istəsə də,  qəbul edilmir.Binəqədi rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət edir. Hakim Rəşad əliyev müxtəlif bəhanələr ilə onun məhkəmədə hüququnu bərpa etməyi qarşısını almaq istəsədə,buna nail ola bilmir.Hakimə etiraz verilsə də baxılmır.Gözəsataşan faktlar olduğu halda hər dəfə qərəzli iclas keçirilir. Atestasiyanın 13 gün sonra keçirilməsi ezamiyyətdə olduğu gün qulluğ fəaliyyətinə xitam verilməsi,komisiyya üzvlərinin sayı 6 nəfər olması,çıxarış formasında təqdim olunan əmrin məzmununda heç bir qanunvericilik normasına və attestasiya protokoluna istinad olunmaması,sonradan tərtib olunan attestasiya vərəqəsində suallar və cavabların qısa məzmunun olaması,imzamın olmaması və katibin iştirak etməməsi və  s. qanunsuzluqlar olduğu halda iddia təmin olunmadı.

Bakı Apellyasiya Məhkəməsi hakimi Raqib Qurbanov isə DMX-nin inzibati orqan olduğunu əsas gətirərək qətnaməni ləğv edərək  1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə göndərdi.Hüquqşünasların bir çoxu isə əmr inzibati akt hesab olunmadığından rayon mənkəməsində baxılmasını mümkün hesab edir.Həmin hakim  03.12.2013-cü ildə inzibati orqan hesab olunan DİN Mühafizə idarəsinə qarşı iddianı Nəsimi rayon Məhkəməsinin qətnaməsini ləğv edərək işə bərpa edib.7 aydır məhkəmələr bu iddiaya hansı məhkəmədə baxılması barədə yekdil rəyə gələ bilmirlər: "Göndərdiyim şikayət məktubları DMX-yə göndərilir. DMX Kadrlar idarəsi rəisi,kiçik miqrasiya xidməti müşaviri Vəfa Əsədova həm də attestasiya komissioyası üzvüdür. Şikayətlərə baxılmadan şablon eyni cavablar yazılır hər dəfə də nəzərə almaq xahiş olunur".

"Veteranlar" Qanununda əmək hüququnun məhdudlaşdırılmağı yolverilməzliyi qeyd olunsa da, müharibə  veteranına sayğısızlıq göz önündədir. 10 nəfər  vakant vəzifə yeri boş olan  Lənkəran Regional Miqrasiya idarəsində işçilər qanunsuz işdən çıxarılır.İki uşağı olan F.Qulamov isə şəxsi-qərəzliyin sonluğu kimi  qanunsuz işdən azad olunur. DMX rəhbərliyinin bu  qanunsuzluğu həm də vətənpərvərlik hisslərinə zərbə hesab etmək olar.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. 

Qaynar.info