Ölkə 23:58 11.02.2019

Lənkəranda itkin düşən 18 yaşlı qız tapıldı

Lənkəranda itkin düşən qız tapılıb.

Trend-in məlumatına görə, Lənkəran şəhər sakini, 2000-ci il təvəllüdlü Tahirə Şaiq qızı Ağayeva fevralın 5-də yaşadığı evdən çıxaraq itkin düşüb.

Polis əməkdaşlarının başladığı araşdırmalar nəticəsində T.Ağayeva fevralın 10-da tapılaraq ailəsinə təhvil verilib.