Ölkə 12:28 12.01.2018

Lənkəranda mikroavtobus aşdı: yaralılar var

Lənkəran rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Report-un məlumatına görə, hadisə rayonun Göyşaban kəndi ərazisində qeydə alınıb.

Belə ki, kəndin ərazisində sərnişin mikroavtobusu aşıb. Hadisə nəticəsində 3-ü qadın olmaqla 6 nəfər xəsarət alıb.

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.