Foto 12:20 20.11.2017

Lənkəranskinin adamı Ukraynada belə həbs edildi - FOTO/VİDEO

Ukraynanın Odessa şəhərində İstanbulda öldürülən ''qanuni oğru'' Rövşən Lənkəranskinin klanına daxil olan idmançı həbs edildi. Əməliyyatı Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları keçirib. 

Criminal.az saytı Ukrayna KİV-inə istinadən xəbər verir ki, tutulanlardan biri əslən Dağısatandan olan MMA versiyası üzrə qaydasız döyüşçü, digəri isə 31 yaşlı boksçudur. Onlar Rövşən Lənkəranskinin nəzarətində olmuş şəxslərdir. 

Əməliyyat keçirilən zaman idmançılar müqavimət göstərib. Onların evlərindən üç tapança, sursat, ov tüfəngi, mobil telefonlar və iki lüks xarici maşın aşkarlanıb.