İdman 20:00 05.01.2014

Levandovski "Bavariya"da

http://qaynar.info/admin/home.php?do=new#

Dortmund “Borussiyası”nın hücumçusu Robert Levandovski Münhenin “Bayern” klubu ilə 5 illik müqavilə imzalayıb.

APA-nın məlumatına görə, bu barədə “Bayern”in rəsmi saytı xəbər yayıb.

Xəbərdə bildirilir ki, futbolçu yeni komandasına “Borussiya” ilə 30 iyun 2014-cü ilə qədər olan müqaviləsinin müddəti başa çatandan sonra qatılacaq.

Beləliklə, “Bayern” bu keçidə görə “Borussiya”ya transfer haqqı ödəməyəcək.

Qaynar.info