Video 11:28 24.12.2017

Leyla Əliyeva atasının ad gününü belə təbrik etdi (VİDEO)

Prezidentin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva atasını "Instagram"da təbrik edib. 

Qaynarinfo xəbər verir ki, Leyla Əliyeva şəxsi hesabından video paylaşıb və bu sözləri yazıb: "Doğum gününüz mübarək, əziz Prezidentimiz!"

Dövlət başçısı barədə hazırlanmış videoda İlham Əliyevin yaddaşlardan silinməyəcək sözləri öz əksini tapıb. Bu paylaşım qısa zamanda minlərlə insan tərəfindən izlənilib və böyük marağa səbəb olub. 

Həmin paylaşımı təqdim edirik.