Foto 18:49 18.04.2018

Leyla Əliyeva atasının kabinetindən fotolar paylaşdı

11 aprel seçkilərinin qalibi olan İlham Əliyev bu gün Milli Məclisdə and içərək səlahiyyətlərinin icrasına başlayıb.

Qaynarinfo xəbər verir ki, dövlət başçısının qızı Leyla Əliyeva atasının kabinetində çəkilən fotoları "Instagram"da paylaşıb.

Fotolarda ölkənin birinci vitse-prezidenti, İlham Əliyevin xanımı Mehriban Əliyeva, prezidentin ikinci qızı Arzu Əliyeva, onun həyat yoldaşı Səməd Qurbanov və dövlət başçısının oğlu Heydər Əliyev yer alıb.