Foto 17:51 13.01.2018

Leyla Əliyeva Mehriban Əliyevanın bişirdiyi yeməklərin fotolarını paylaşdı

Prezidentin böyük qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sosial şəbəkədə yeni fotolar paylaşıb.

Qaynarinfo xəbər verir ki, o, anası, Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın hazırladığı yeməklərin görüntülərini paylaşıb və şərh bölməsinə bu sözləri yazıb:

"Anamın bu gün hazırladığı nahar. Borş və kökə, kotlet, qiymə bükülmüş lavaş! Çox ləzzətli idi".