Ölkə 15:37 15.02.2018

Leyla Seyidbəyliyə yeni vəzifə verildi (YENİLƏNİB)

 Mərkəzi Neftçilər Xəstəxanasının keçmiş baş direktoru Leyla Seyidbəyliyə yeni vəzifə verilib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova "Report”a açıqlamasında bildirib ki, Bakı Baş Səhiyyə İdarəsinin əmrinə əsasən, Leyla Seyidbəyli 7 saylı doğum evinə baş həkim təyin olunub.

S.Əhmədova onu da qeyd edib  ki, Mərkəzi Neftçilər Xəstəxanasının baş direktoru vəzifəsinə hələ təyinat olmayıb.

***
11.42
 
Mərkəzi Neftçilər Xəstəxanasının baş direktoru Leyla Seyidbəyova tutduğu vəzifədən azad edilib.

Bu barədə anews.az-a adının açıqlanmasını istəməyən mənbə məlumat verib.

L.Seyidbəyova öz ərizəsi ilə işdən ayrılıb. Hələlik onun yerinə təyinat olmayıb.

Qeyd edə ki, Leyla Seyidbəyova tibb elmləri üzrə fəlsəfə doktorudur, o, əvvəllər Bakı şəhəri Baş Səhiyyə İdarəsinin rəisi vəzifəsində çalışıb.