Maqazin 15:00 07.05.2018

“Lider”in qalmaqallı aparıcısı işdən çıxarıldı

"Lider” TV-də yayımlanan "Yarasa” proqramının aparıcısı, aktrisa Könül Yusifqızı işdən çıxarılıb.

Bu barədə oxu.az-a "Lider” TV-nin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, "Yarasa” proqramı qaldığı yerdən davam edəcək. Ancaq aparıcısı Könül Yusifqızı olmayacaq.

Qeyd edək ki, sözügedən aparıcı efirə uyğun olmayan geyimlərdə çıxması və qeyri-etik ifadələrin işlənməsində həm özünə, həm də qonaqlara nəzarət etməməsi ilə gündəmə gəlmiş, sosial şəbəkələrdə tənqid və təhqir olunmuşdu.