Dünya 13:14 21.02.2018

Lift qəzaları zamanı sağ qalmağın yolu - MƏSLƏHƏT

Şəhərdə yaşayan insanların əksəriyyəti gündəlik həyatında liftdən istifadə edir. İşdə, evdə, hansısa idarədə və s. Çox zaman liftdə olarkən bu sual ağlımızdan keçir. Lift qırılsa həyatda qala bilmək üçün nə etməli? Liftin şaxtaya çatdığı anda tullanmaq, kənarlardan möhkəm şəkildə tutmaq, yerə uzanmaq, yuxarı dırmanmaq və s. hansı?

Qaynarinfo mütəxəssislərin bu barədə tövsiyyələrini sizlərə təqdim edir:

Lift qəzalarının böyük qismi ipin qırılması səbəbindən baş verir. Bu zaman içəridə olan şəxs yerə düşmə anında döşəməyə çırpılaraq xəsarət ala bilər. Hadisə nəticəsində zərbə sümüklərə təsir etməsə belə daxili orqanlar böyük ehtimalla zərər görür.

Bunun qarşısını almaq üçün ayaq üstə durub zərbə anında tullanmaq düzgün seçim deyil. Mütəxəssislərin fikrincə belə hallarda ən az xəsarətlə həyatda qalmaq üçün döşəmədə döl formasında yatmaq lazımdır. Həmçinin mümkün qədər yığcam forma almalı və az yer tutmalısınız. Əllərinizlə başınızı sıxmalı, qollarınızı bədəninizə yapışdırmalısınız.

Mütəxəssislərin fikrincə bu metod daha az xəsarətlə xilas olma ehtimalını artırır.